Mobil dünyaTəqdimat

Kaspersky tövsiyə edir: fişinqdən qorunmağın 6 üsulu

“Siz 1000 manat qazandınız” və “Hesabınız bloklanıb” mətnli məktubların ümumi cəhəti nədir? Onlar həm gerçək (nadir hallarda), həm də dələduz tələsi (əksər hallarda) ola bilər. Saxta məktubların bir hədəfi var – alıcını yalana, fişinq saytına daxil olmağa və orada gizli məlumatlarını – login və şifrələri və ya kart məlumatlarını daxil etməyə inandırmaqdır. Fişinq hücumunu tanımağın və ondan qorunmağın 6 səmərəli üsulu var:

Elektron məktubları diqqətlə yoxlayın

Hər hansı bir məktubu alarkən ona cavab verməyə və ya onda göstərilmiş hər hansı bir təlimatı yerinə yetirməyə tələsməyin: əvvəlcə vacib detallara diqqət edin. Həyəcan təbili nə zaman çalınmalıdır?

Cəlbedici mövzu. İri məbləğdə pul köçürmələri, pul kompensasiyaları, hesabın sındırılması və ya bloklanması, dələduzluq əməliyyatları

Vəziyyətin qızışdırılması. “Təcili!” və “Sadəcə 3 saatınız var” kimi ifadələr, nida işarələrinin bolluğu

Mətndə leksik və qrammatik səhvlər və qəribə işarələr

Göndərənin qəribə ünvan adı

Əgər varsa, məktubdakı əlavə. Daha doğrusu, onun yönləndirəcəyi sayt. Onu görmək üçün siçan oxunu linkin üzərinə gətirmək və ünvanı diqqətlə yoxlamaq lazımdır.

Əksər hallarda kütləvi göndəriş şəklindəki fişinq məktubunu tanımaq üçün bu cür yoxlamalar kifayət edir. Amma mümkün olduğu qədər sizin istəyinizlə göndərilməyən linklərə keçid etməyin.

Messencerlər və sosial şəbəkələrdə sayıqlığı əldən verməyin

Təkcə məktublara qarşı deyil, həm də messencerlərdəki mesajlara qarşı diqqətli olmaq lazımdır. Həmçinin sosial şəbəkələrdə: yem  rolunu oynayan linkdostunuzunFacebookdakıpaylaşımındavə ya Twitter-dəki saxta brend nümayəndələrinin cavablarında ola bilər. Hətta bannerlərə də şübhə ilə yanaşmaq lazımdır – onlarda göstərilən şəklin sizin yönləndiriləcəyiniz saytla heç bir əlaqəsi olmaya bilər.

Kart nömrəsi daxil etməzdən əvvəl əl saxlayın!

Bank kartı məlumatları xüsusi həssaslıq tələb edir. Onlar sizin pullarınıza birbaşa çıxış təmin edir. Buna görə də, sayta istər link, istər banner vasitəsilə və ya axtarış nəticələrindən və ya ünvanı əllə yazaraq giriş etməyinizdən asılı olmayaraq, kart rekvizitlərini daxil etməzdən əvvəl əl saxlayın və bir daha harada olduğunuzu yoxlayın.

Birincisi, ünvana diqqətlə baxın. İkincisi, eyni ünvan sətrində soldakı qıfıl işarəsinə basın. Öz-özlüyündə o, təhlükəsizlik təminatı vermir, amma saytın sahibi haqqında daha çox bilmək təklifi görürsünüz. Əgər kiçik şirkətlər və fərdi satıcılar da daxil olmaqla, İnternet üzərindən tez-tez alış-veriş edirsinizsə, bunun üçün ayrıca bir kart təyin etmək, onun balansında az məbləğdə pul saxlamaq və ödəniş etməyə hazırlaşdığınız zaman balansını  tövsiyə edirik.

Müxtəlif şifrələrdən istifadə edin

Əgər müxtəlif hesablar üçün eyni şifrədən istifadə edirsinizsə, hətta çox etibarlı olsa belə, onu bir dəfə fişinq saytında daxil etməklə bütün hesab məlumatlarınızı itirmək riskinə məruz qalırsınız. Buna görə də, hər bir sayt və tətbiq üçün şifrənin özünəməxsus olması vacibdir.

Əgər hər bir pizza dükanı və onlayn mağaza üçün onlarla şifrə fikirləşmək və yadda saxlamaq sizin üçün çətindirsə, şifrələr meneceri köməyinizə çata bilər. Şifrələr meneceri sındırılması çətin olan şifrə kombinasiyalarını özləri yaradır yəni daha bir qayğıdan azad olursunuz. Bundan başqa, onlarda əlavə faydalı funksiyalar da olur. Məsələn, KasperskyPasswordManagerşifrələrinizi yoxlayır və əgər onlar çox zəifdirsə, təkrardırsa və sızdırılmış şifrə bazalarından birinə düşübsə yəni artıq cinayətkarlara məlumdursa, dərhal xəbərdarlıq edir.

Hesabların qorunması üçün ikifaktorlu autentifikasiyanı aktivləşdirin

Bir çox fişinq hücumları hesabların ələ keçirilməsinə yönəlib. Amma elə etmək olar ki, təcavüzkarlar, hətta login və şifrənizi əldə etsələr belə, hesabınıza daxil ola bilməsinlər. Bütün mümkün xidmətlərdə ikifaktorlu autentifikasiyanı aktivləşdirin və avtorizasiya üçün elektron poçtunuza, telefon nömrənizə və ya xüsusi autentifikator tətbiqinə gələn əlavə birdəfəlik şifrə lazım olacaq. Təcavüzkarlar bu şifrəni görə bilməyəcək.

Etibarlı qoruma həllindən istifadə edin

Əlbəttə, hər zaman ayıq-sayıq olmaq və bütün ünvanları, linkləri və s. yoxlamaq çətindir. Bu tapşırığı avtomatlaşdırmaq və fişinqdən müdafiə qabiliyyətli bir həllə, məsələn, KasperskySecurityCloud-a etibar etmək olar. Antivirus zərərli saytlara giriş cəhdiniz barədə vaxtında xəbərdarlıq edir və təhdidi bloklayır.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!