CinemaMobil dünyaTəqdimat

Kaspersky tövsiyə edir: hakerlər haqqında ən yaxşı filmlər

“Nəyə baxaq?” – daha çox həftəsonlarında meydana çıxan və hamımıza tanış olan bir sualdır. Kaspersky mütəxəssisləri – kibertəhlükəsizlik və şəbəkədə sağ qalma qaydaları haqqında hər şeyi birinci mənbədən əldə edən insanlar sizin ən maraqlı haker mövzulu filmlərin siyahısını təqdim edir.

Müharibə Oyunları / War Games (1983)

Gənc haker Pentaqonun serverinə girir və orada tapdığı, simulyator hesab etdiyi oyunu işə salır – əslində isə əsl beynəlxalq münaqişəyə səbəb olur. Vəziyyət fantastik həddə çatır. Maraqlıdır ki, filmin çəkilişləri zamanı (1981-ci il!) hətta “haker” sözünün özü belə müasir dövrümüzdə kəsb etdiyi mənada işlədilməyib.

Ruhunuz duymaz / Sneakers (1992)

Baş qəhrəman, keçmiş haker öz sevimli işindən uzaqlaşıb və pentester kimi fəaliyyət göstərir – onun komandası bankların və digər nüfuzlu təşkilatları üçün kompüter sistemlərinin müdaxilələrə qarşı gücünü yoxlayır və bir gün Milli Təhlükəsizlik Agentliyinin əməkdaşları komandaya istənilən kodu pozan bir “qara qutu”-nu tapıb ələ keçirməyi təklif edirlər. Filmdə bu gün də işlək olan bir çox hakerlik fəndləri mükəmməl formada nümayiş olunur.

Hakerlər / Hackers (1995)

Tanınmış filmlərdən biridir. Əlbəttə, bu gün bəzi kadrlar gülməli görünür – məsələn, kompüter virusunun ekran qoruyucu şəkillərini (ekran qoruyucunun nə olduğunu hələ də xatırlayan varmı?) xatırladan çoxrəngli spirallər şəklində təsviri. Bu film dövrümüzdə paylanmış hücum kimi tanınan şəbəkə effektini nümayiş etdirən bir neçə filmdən biridir.

Şəbəkə / The Net (1995)

Qurbanın baxış bucağından kibertəqib haqqında trillerdir. Qız bir qrup hakerlə mübahisə edir və cavab olaraq onlar onun rəqəmsal şəxsiyyəti haqqında məlumatları bütün sənəd bazalarında yenidən yazırlar. Nəticədə qəhrəman axtarışda olan cinayətkara çevrilir və təcili olaraq öz reputasiyasını bərpa etməlidir. Burada müasir dövrümüzdə təkcə fərdi “kompyuter qurdlarını” təhdid etməyən geniş təcrid problemi göstərilir.

Nirvana / Nirvana (1997)

Nirvana əsas mövzusu əsl zəiflikləri və qabiliyyətləri nümayiş etdirilən insanlar haqqında ən maraqlı filmlərdən biridir. Təhlükəli kompüter oyununu məhv etməyə qərar verən qəhrəman ağıllı müdafiə sisteminə qarşı döyüşür və burada evlərin damı ilə qaçıb yölüstü qarşısına çıxanları neytrallaşdıran dəlisov protaqonist yoxdur: süni intellekt hakerin qorxularını onun yaxınlarının obrazlarında canlandıraraq ona hücum edir. Şəxsi məlumatlarımızı, maraqlarımızı və qorxularımızı özümüzə qarşı istifadə edən müasir fırıldaqçılıq hücumları məhz belə təşkil edilir.

Məğlubiyyət / Takedown (2000)

Film qəhrəmanına çevrilən xəbər personajlarından daha biri: dünyaca məşhur haker Kevin Mitnikdir Düzdür, o, bu filmdə o qədər də qəhrəman kimi nəzərə çarpmır. Çünki film Mitniki ələ keçirən adamın yazdığı kitaba əsaslanır. Bu təhlükəsizlik mütəxəssisi, Tsutomu Şimomura, filmin ikinci baş qəhrəmanıdır – bəzi yerlərdə hətta birincidir, çünki burada külək açıq şəkildə təhlükəsizlik mütəxəssisi tərəfə əsir. Mitnik isə sosial mühəndisliyin məşhur nümunələrini göstərsə də, yenə də uğursuz görünür.

Игра в имитацию / The Imitation Game (2014)

Çoxları Alan Türinqi guya maşın intellektinin insan zəkasının səviyyəsinə çatdığını göstərməli olan “Türinq testi”-ndən tanıyır. Əslində, Türinq intellektləri müqayisə etməyi təklif etməyib – o, maşının bir oyunda insanı üstələməsi haqqında yazıb ki, bu da çox məhdud (yazılı) ünsiyyəti nəzərdə tutur. Bu oyunun adı həm də ilk hakerlərdən birinin acınacaqlı taleyindən bəhs edən filmin adına çevrildi. Qarşımızda nasistlərin Eniqma kodlarını deşifrə edən və minlərlə insanı xilas edən görkəmli alim və müharibə qəhrəmanı var – lakin bütün bu xidmətləri Britaniya hakimiyyətini Türinqi hormon terapiyası ilə öldürməkdən çəkindirmir.

Snouden / Snowden (2016)

Tanınmış hüquq müdafiəçisi Oliver Stounun dilindən ABŞ Milli Təhlükəsizlik Agentliyinin tanınmış analitikinin həyatını anladan filmdir. Ondan iki il əvvəl “Citizenfour” sənədli filmi Snoudenin ifşalarına – onun Honq-Konqda və Almaniyada, sonra isə keçmiş həmkarlarından qaçaraq sığındığı Rusiyada jurnalistlərə dediklərinə həsr olunub. Sənədli film xüsusi xidmət orqanlarının işi ilə bağlı çoxlu faktları əks etdirir, lakin bunlar Snoudeni çoxlarının xəyanət hesab etdiyi belə bir çarəsiz addımı atmağa nəyin sövq etdiyini tam aydınlaşdırmır.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!