Mobil dünyaTəqdimat

Kaspersky VPN həlli ən sürətli xidmət kimi tanınıb

Kaspersky VPN Secure Connection həlli müstəqil kibertəhlükəsizlik institutu AV-TEST tərəfindən sınaq nəticələrinə görə şəxsi istifadəçilər üçün ən yaxşı VPN xidmətlərindən biri kimi tanınıb. Kaspersky-nin bu həlli VPN müştərisi və serveri həm eyni, həm də müxtəlif bölgələrdə yerləşdikdə torrent mənbələrdən də daxil olmaqla ən yüksək məzmun yükləmə sürətini göstərib. Bundan əlavə, Kaspersky VPN Secure Connection funksionallıq, təhlükəsizlik, məxfilik, performans və şəffaflıq sınaqlarından uğurla keçib və ardıcıl üçüncü dəfə AV-TEST tərəfindən “Təsdiqlənmiş VPN Həlli” * mükafatına layiq görülüb.

Forbes Advisor tərəfinən aparılan sorğuya əsasən, bu gün VPN xidmətlərindən həm iş məqsədləri, həm də şəxsi istifadə üçün geniş şəkildə istifadə olunur – respondentlərin 50%-dən çoxu VPN-lərdən iş yerində, 77%-dən çoxu isə evdə istifadə edir.

AV-TEST həyata keçidriyi araşdırmanın nəticələrinə görə, Kaspersky VPN Secure Connection VPN müştərisi və serveri ayrı-ayrı bölgələrdə yerləşdiyi zaman torrent mənbələrdən faylları digər məhsullarla müqayisədə daha sürətli yükləməyə imkan verir. Eyni bölgəyə gəldikdə, həll Avropa və ABŞ-da ən yaxşı sürət performansına sahibdir.

Kaspersky VPN Secure Connection, “Yükləmə” (Downloading) ssenarisi çərçivəsində sınaqdan keçirilmiş bütün regionlarda demək olar ki, eyni nəticələri göstərən yeganə məhsuldur. Digər həllərin nəticələri isə regiondan asılı olaraq dəyişir.


Həmçinin, Kaspersky VPN Secure Connection həm müştəri, həm də server eyni bölgədə olduğu ssenaridə “Yükləmə” (Uploading) sürətinə görə lider seçilib. Onun balları digər iştirakçıların orta ballarından iki dəfə yüksək olub.

Bundan əlavə, Kaspersky VPN Secure Connection onlayn resurslarda 4K formatındakı videonu problemsiz izləməyə imkan verir.

“Kaspersky VPN Secure Connection bütün ssenarilərdə yaxşı işləyir, onun fəaliyyəti şəffafdır və istifadəçi məxfiliyi qorunur. Məhsul, müştəri və serverin eyni və ya fərqli bölgələrdə yerləşməsindən asılı olmayaraq, torrentlərdən də daxil olmaqla, bütün mənbələrdən mükəmməl məzmun yükləmə sürətini nümayiş etdirib. Həll istifadəçiyə hər iki ssenaridə 4K videonu problemsiz izləməyə imkan verir. Bu səbədən də o, “Təsdiqlənmiş VPN Həlli” mükafatına layiq görülüb”, – deyə AV-TEST-in Tədqiqat şöbəsinin rəhbəri Devid Valkiyeviç bildirir.

“VPN xidmətləri onlayn məxfiliyi qorumaq üçün yaxşı vasitədir. Bununla belə, belə bir həll mümkün qədər təhlükəsiz, etibarlı və əlverişli olmalıdır. Çox şadıq ki, AV-TEST məhsulumuzu öz növündə ən sürətli həll kimi tanıyıb və yüksək şəffaflıq və məxfilik standartlarımızı qeyd edib”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov öz növbəsində qeyd edir.

Kaspersky-nin rəsmi saytından Kaspersky VPN Secure Connection haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

* VPN həllərinin açıq sertifikatlaşdırılması nəzərdə tutulur, hesabat AV-TEST saytında mövcuddur: https://www.av-test.org/en/news/vpn-packages-put-to-the-test-more-security-and-anonymous-paths/.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!