Site icon Frame.az

Kaspersky kiber cinayətkarlıq və informasiya təhlükəsizliyi haqqında “Şifrəni dəyiş” adlı podkast təqdim edib

Sənədli-səsli podkastın buraxılışlarında əsas söhbət informasiya təhlükəsizliyi, həmçinin konkret təhdidlər və kiber cinayətlərdən gedir. Kiber təhlükəsizlik sahəsində təcrübə keçən ekspertlər Aleksey Andreyev, Aleksandr Qostev və Sergey Qolovanov öz təcrübələrindən olan tarixçələri bölüşəcək və insidentlərin detektiv üsulu ilə təhlilini təşkil edəcəklər.

Kiber silah nədir və xakerin hansı ölkədən olduğu necə müəyyən edilir?

Kiber hücumlardan necə qorunmaq olar və bu mümkündürmü?

Kriptoqraflar kimlərdir və onların vicdanı varmı?

Kim bankomatları pulu nəzarətsiz şəkildə paylamağa məcbur edir?

Pandemiya bizim təhlükəsizliyimizə necə təsir edib?

Podkastın birinci buraxılışında aparıcılar kiber silahlar, nüvə stansiyalarına hücumlar, Şimali Koreyanın kiber ordusu, İnterpolla qarşılıqlı fəaliyyət və “rus hakerləri” haqqında danışacaqlar. Növbəti buraxılışlarda isə bankomatlardakı “pul fəvvarəsi,” kriptoqraflara mübarizə problemləri və pandemiyanın insanların və şirkətlərin təhlükəsizliyinə necə təsir etməsi (spoyler: “qurbanlar” küçələrə çıxmadı, cinayətkarlar isə onlayna kökləndi) barədə danışacağıq.

“Şifrəni dəyiş” podkastı kiber məkanda yaşayan, yeni texnologiyalarla maraqlanan və informasiya təhlükəsizliyi hekayəsinin baş qəhrəmanı olmaq istəməyən hər kəsə maraqlı olacaq. Bizə bütün podkast meydançalarında qulaq asa bilərsiniz: https://podcast.ru/1570896327.

Exit mobile version