EventsMüsabiqələrTəhsilTəqdimat

Kembric günü ilk dəfə olaraq Bakıda keçiriləcək

2 mart 2019-cu il tarixində dünyanın bir çox ölkələrində böyük maraqla qeyd olunan Kembric günü ilk dəfə olaraq Bakıda, Azərbaycanda da keçiriləcəkdir. Azərbaycan Müəllim İnkişafı Mərkəzi (AMİM) rəsmi Kembric mərkəzi olaraq bu tədbirin keçirilməsini öz üzərinə götürmüşdür. Avropa Azərbaycan Məktəbində keçiriləcək konfrans ingilis dili müəllimləri, tədrisi ingilis dilində aparan fənn müəllimləri və müəllim olmağa hazırlaşan tələbələr üçün nəzərdə tutulmuşdur. Tədbirin ideyası ingilis dili müəllimlərini bir araya gətirərək həm Kembric məhsulları barədə məlumat vermək, həm də ingilis dilinin tədrisi sahəsindəki yeniliklərlə onları tanış etməkdir.

Konfransda iştirakçılar Kembric Müəllim Kvalifikasiya proqramları, müxtəlif ingilis dili üzrə Kembric imtahanları ilə yaxından tanış olacaqlar. Bundan əlavə, yüksək təcrübəli xarici və yerli təhsil işçiləri və müəllimlər də bölmə seminarlarında ingilis dilinin səmərəli tədrisi ilə bağlı müxtəlif mövzularda təqdimatlar edəcəklər.

Tədbiri Azərbaycan Müəllim İnkişafı Mərkəzinin (AMİM) direktoru Graeme Pollock və“British Council” (BC) Azərbaycanın direktoru Summer Xia açaraq konfrans iştirakçılarını salamlayacaqlar. Daha sonra AMİM-in direktoru Graeme Pollock məruzəçiləri, Ulkem Karaca Buckley (Birləşmiş Krallıq), Daryna Sizhuk (Ukrayna), Bronwyn Pollock (Yeni Zelandiya – AMİM), Fatimə Əliyeva(AMİM), Ruzigar Seyidov (AMİM) təqdim edəcəkdir.

Tədbirin sonunda əyləncəli müsabiqə keçiriləcək və qaliblərə dəyərli hədiyyələr təqdim ediləcəkdir. Konfransın sonunda hər bir iştirakçıya beynəlxalq sertifikat təqdim olunacaqdır.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!