EventsTəhsilTəqdimat

Bakıda Kembric Günü keçiriləcək

Əziz müəllimlər və təhsil işçiləri, Azərbaycan Müəllim İnkişafı Mərkəzi Sizləri Bakıda keçiriləcək ilk Kembric Gününə dəvət edir.

Konfransda Kembric Müəllim Kvalifikasiya proqramları, müxtəlif ingilis dili üzrə Kembric imtahanları ilə yaxından tanış olacaqsınız. Bundan əlavə, yüksək təcrübəli xarici və yerli təhsil işçiləri və müəllimlər də bölmə seminarlarında ingilis dilinin səmərəli tədrisi ilə bağlı müxtəlif mövzularda təqdimatlar edəcəklər.

Tədbirin sonunda əyləncəli müsabiqəmiz olacaq və qaliblərə dəyərli hədiyyələr veriləcəkdir.

Konfransımızın sonunda hər bir iştirakçı beynəlxalq sertifikat alacaqdır.

Konfrans ingilis dili müəllimləri, tədrisi ingilis dilində aparan fənn müəllimləri və müəllim olmağa hazırlaşan tələbələr üçün nəzərdə tutulmuşdur.

*Tədbir ingilis dilində keçiriləcəkdir və tərcümə təmin edilməyəcəkdir.

Tarix: 2 mart, 2019
Saat: 9.00 – 18.00

İştirak haqqı: 45 ₼

Keçid vasitəsilə onlayn şəkildə qeydiyyatdan keçib ödəniş edə bilərsiniz. https://quickpay.goldenpay.az/Template/Default.aspx?mer=azteacherscambr

Əlavə məlumat üçün (012)599 1967; (050)290 1695 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!