FutbolIdman

“Keşlə” yoxlama oyununda “Səbail”in qapısından üç cavabsız qol keçirib

Azərbaycan Premyer Liqasının ikinci turuna hazırlığı davam etdirən “Keşlə” futbol klubu yoxlama oyunu çərçivəsində doğma meydanda “Səbail”i qəbul edib.

İki paytaxt təmsilçisinin üz-üzə gələdiyi görüşdə “Keşlə” “Səbail”in qapısından üç cavabsız qol keçirib. “Keşlə”nin hər üç qolunun müəllifi Silvio Rodriqes Junior olub.

Qeyd edək ki, “Keşlə” ölkə çempionatının birinci turunda səfərdə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. “Neftçi” isə doğma meydanda “Səbail”i 2:1 hesabı ilə üstələyib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!