Kibertəhlükəsizliyə dair təcrübəsini artırmaq istəyənlər üçün ödənişsiz vebinar keçiriləcək

“Eurodesign” şirkəti və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin (İKT LAB) təşkilatçılığı ilə “Kibertəhlükəsizliyin əsasları-CompTIA Security+” adlı vebinar keçiriləcək.

Kibertəhlükəsizliklə bağlı təcrübəsini artırmaq, bu sahədə ixtisaslaşmaq istəyənlər, eləcə də beynəlxalq imtahana hazırlaşanlar vebinarda ödənişsiz iştirak edə bilər. Təlimin məqsədi iştirakçıları CompTİA Security+ əsasında kibertəhlükəsizliyin fundamental bilgiləri ilə tanış etmək, beynəlxalq sertifikatlaşma və yeni kurs barədə məlumatlandırmaqdır.

Vebinarda təlimçi qismində “Eurodesign” şirkətinin şəbəkə və təhlükəsizlik mühəndisi, “İKTLAB” CompTİA Security+ instruktoru Ramil Baxşıyev çıxış edəcək. R.Baxşıyev CompTİA Security+ kursunu Azərbaycan dilində tədris edən ilk və yeganə mütəxəssisdir. O, CCNP Security, Palo Alto PCNSE, Huawei WDM və digər sertifikatlara sahibdir. Təlimin digər spikeri “Eurodesign” şirkətinin korporativ biznes inteqratoru Günel Qənbərova, fəxri qonağı isə “İKTLAB” Tətbiq və Tədris Məkəzinin direktoru Rauf Cabarov olacaq.

19 sentyabr, saat 12:00-da baş tutacaq təlim Microsoft Teams proqramı üzərindən keçiriləcək. Vebinarda iştirak etmək istəyənlərhttps://bit.ly/3heAEtJ keçidi vasitəsilə qeydiyyatdan keçə bilərlər.

“Eurodesign” 20 ildən artıqdır ki, İT xidmətlərin göstərilməsi, sistem inteqrasiyası, İT konsaltinq və layihələrin idarə edilməsi sahəsində ixtisaslaşıb.Proqram təminatı, autsorsinq və konsaltinq xidmətləri bazarında çoxillik təcrübəyə malik olan şirkətbiznesi idarəetmə sisteminin inteqrasiyası, mobil və ya web tətbiqlərin yaradılması, şəbəkəqurma, təhlükəsizlik sistemləri kimi xidmətləri də təklif edir.“Eurodesign” Cisco, Microsoft, Oracle, IBM, Siemens AG, HPE, Huawei, AVAYA və bunun kimi proqram və aparat təminatı istehsal edən dünyanın bir çox aparıcı şirkəti ilə əməkdaşlıq edir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: