Dünya üzrə kibertəhlükəsizlik sənayesində çalışan respondentlərin üçdə birindən çoxu (36%) iş üçün aldıqları ali təhsilin effektivliyindən əmin deyil və daim dəyişən təhlükə mənzərəsi ilə mübarizə aparmaq və sənayenin inkişafı ilə ayaqlaşmaq üçün təhsillərini davam etdirirlər. Bu məlumatlar Kaspersky-nin sorğusunun* nəticəsində əldə olunub: şirkət mütəxəssislərin sənayedə təhsilə münasibətini və bunun onların karyera yüksəlişinə təsirini öyrənmək qərarına gəliblər.
Kibertəhlükəsizlik üzrə təhsilin keyfiyyətinə təsir edən amilləri müəyyən etmək üçün respondentlərə müəllimlərin müvafiq kompetensiyaları; təlim zamanı ən son texnologiya və avadanlıqlara çıxış əldə etmək və real həyatda kibertəhlükəsizlik insidentləri üzərində işləmək təcrübəsi haqqında; həmçinin praktika yönümlü təcrübələrlə bağlı suallar verilib.
Müxtəlif ölkələrdən olan informasiya təhlükəsizliyi üzrə mütəxəssisləri təhsil sisteminin bir çox cəhətdən sənayenin mövcud tələblərinə cavab verməyə biləcəyi fikrini bölüşürlər. Beləliklə, demək olar ki, hər dördüncü mütəxəssis (24%) təlim zamanı əldə edilən biliklərin informasiya təhlükəsizliyi sahəsində işləmək üçün tamamilə yararsız olduğunu, 12% isə kiçik dərəcədə faydalı olduğunu bildirib. Bununla belə, real kibertəhlükəsizlik layihələrində praktiki təcrübəyə gəlincə, demək olar ki, yarısı (49%) universitet proqramının onlara belə bir təcrübə təklif etdiyini bildirib.
“Texnologiyanın və kibertəhlükə mənzərəsinin sürətli inkişafı ona gətirib çıxarır ki, təhsil proqramlarının yeniləməyə vaxtı yoxdur və informasiya təhlükəsizliyi sahəsində yeni məzunlar lazımi bilik və praktik təcrübədən məhrum ola bilərlər. Biz universitetlərə bu boşluğu doldurmağa kömək edir və kurikulumlara və gənc mütəxəssislərin təhsilinə töhfə veririk. Bunun üçün mütəxəssislərimizin biliklərini təlim proqramlarına inteqrasiya edirik ki, tələbələr həm nəzəri, həm də praktiki təcrübə əldə edə bilsinlər. Eyni zamanda təcrübə və beynəlxalq yarışlar da təşkil edirik. Bundan əlavə, biz universitetdə alınan təhsilin səviyyəsindən və aktuallığından asılı olmayaraq, biliklərin yenilənməsinin bütün karyera inkişafı boyunca vacib olduğu qənaətindəyik. Bu, sənaye tələblərinə cavab verə bilməyin yeganə yoludur”, – deyə Kaspersky-nin informasiya təhlükəsizliyi üzrə təlim rəhbəri Yevgeniya Russkix bildirir.
Kibertəhlükəsizlik üzrə mütəxəssislərin ümumi bilik səviyyəsini artırmaq üçün Kaspersky çoxmərhələli yanaşmadan istifadə etməyi təklif edir:
Universitetlər kibertəhlükəsizlik bazarının oyunçuları ilə əməkdaşlıq edərək öz kurikulumlarını yeniləyə bilərlər. Məsələn, ötən il Kaspersky tərəfindən ali təhsil müəssisələri üçün şirkətin kibertəhlükəsizlik üzrə təcrübə və texnologiyalarını təhsil prosesinə inteqrasiya etməyə imkan verən yeni tərəfdaşlıq proqramı – Kaspersky Academy Alliance işə salınıb.
Gənc mütəxəssislər öz akademik hazırlıqlarını real iş təcrübəsi ilə, məsələn, informasiya təhlükəsizliyi və ya R&D şöbələrində təcrübə keçməklə tamamlaya bilərlər. Rusiyada Kaspersky tələbələr üçün Moskva şəhəri və Moskva əyalətində Kaspersky SafeBoard təcrübə proqramını həyata keçirir.
Kibertəhlükəsizlik üzrə mütəxəssislər müxtəlif şirkətlər və təşkilatlar tərəfindən keçirilən müsabiqələrdə iştirak edərək öz bacarıqlarını inkişaf etdirə bilərlər. Belə ki, Kaspersky hər il Secur’IT Cup beynəlxalq tələbə müsabiqəsini keçirir. 2017-ci ildən bu yana dünyanın hər yerindən 6 mindən çox tələbə bu müsabiqdədə iştirak edib.
* Sorğu Kaspersky-nin sifarişi əsasında dünya üzrə aparılıb