“Bakı-2017” İslam Həmrəyliyi Oyunlarında kişi həndbolçuların yarışına yekun vurulub.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən final görüşündə Türkiyə və Səudiyyə Ərəbistanı həndbolçuları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunun birinci hissəsində daha fəal olan ərəblər fasiləyə iki top fərqi ilə üstün yollanıblar – 12:10. Onlar ikinci hissədə də diktə edən tərəf olublar və rəqib qapısından 14 top keçirməklə, öz qapılarında 11 qol görüblər.
Beləliklə, Türkiyə həndbolçularını 26:21 hesabı ilə məğlubiyyətə uğradan Səudiyyə Ərəbistanı yığma komandası IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.
Qadın həndbolçuların mübarizəsində isə qalib bu dəqiqələrdə davam edən Azərbaycan və Türkiyə yığma komandaları arasında final görüşündə müəyyənləşir. Frame.az