IdmanTəqdimat

Kişi həndbolçuların Azərbaycan çempionatında daha altı qarşılaşma keçirilib

Kişi həndbolçuların Azərbaycan çempionatında daha altı qarşılaşma keçirilib.

Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən Frame.az-a bildiriblər ki, əvvəlcə meydançaya “Bakı” və “Dinamo” komandaları çıxıblar.

Fasiləyə 15:13 hesablı üstünlüklə yollanan son çempion təşəbbüsü qoruya bilməyib. Baş mükafata iddialı olan “dinamoçular” vəziyyəti dəyişməyi bacarıblar. Rəqibin yüksək əzmkarlığına baxmayaraq, görüş “Dinamo”nun qələbəsi ilə başa çatıb – 28:26.

Çempionata inamla başlayan “Məhsul” komandası RİOEUGİM kollektivi ilə oyunda ciddi müqavimətlə üzləşməyib. Qarşılaşma “Məhsul”un 43:20 hesablı qələbəsi ilə nəticələnib.

U-16-nı sınağa çəkən “İdman Akademiyası” isə böyük hesabla qələbə qazanıb – 49:18.

“Dinamo” və “Bakı” komandalarının dördüncü turdakı görüşü də maraqla gözlənilirdi. Bu oyunda da daha inamlı təsir bağışlayan “Dinamo” 31:23 hesabı ilə qalib gəlib.

Turun “Məhsul” – RİOEUGİM qarşılaşması 32:24, “İdman Akademiyası” – U-16 görüşü isə 55:20 hesabı ilə nəticələnib.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!