Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi XI Qrant müsabiqəsi çərçivəsində 13-14 Aprel tarixlərində Hacikənddə həyata keçirilən “Kitabların Dünyasından Tariximizə Səyahət” adlı eko-düşərgə uğurla başa çatmışdır.
Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi XI Qrant müsabiqəsi çərçivəsində 13-14 Aprel tarixlərində Hacikənddə həyata keçirilən “Kitabların Dünyasından Tariximizə Səyahət” adlı eko-düşərgə uğurla başa çatmışdır.
Layihənin əsas məqsədi Azərbaycanın əzəli tarixini 20 nəfər gəncə çatdırmaq habelə müasir Azərbaycan Respublikasının inkişaf perspektivləri eyni zamanda prioritet hədəflərini region gəncləri ilə birgə müzakirə edib hazırlamaqdan ibarət idi. Bundan başqa region gənclərinin şəxsi inkişafini artırmaq,onların qeyri-formal təhsil şəraitində öyrənib,öyrətməsini təmin etmək layihənin məqsədlərindən biri idi.
Layihənin birinci günü yəni 13 Aprel tarixində gənclərə ilk öncə Azərbaycan Xalq Cumhuriyyəti, Müstəqillik Dövrü və Müasir Azərbaycan haqqında geniş məlumatlar verildi.
Layihənin ikinci günündə isə Azərbaycanın əsas hədəf götürdüyü Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində ölkəmizin qəbul etdiyi məqsədlər üzrə inkişaf perspektivləri və davamlılığı qruplara bölünərək müzakirə olundu eyni zamanda təqdimatlar edildi.
Bunu da qeyd etmək istərdik ki, layihə zamanı #trashtagchallange-ə qoşulub təbiətin qorunmasında dəstək göstərildi.
Sonda iştirakçılara sertifikat və qiymətli hədiyyələr təqdim olundu,və xatirə şəkili çəkdirildi.
İştirakçılara eyni zamanda bu layihəni reallaşdırmağda dəstəyini göstərən Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundationa habelə tərəfdaş Azərbaycan Skautlar Assosiasiyası – Association of Scouts of Azerbaijan minnətdarlığımızı bildiririk!
#AZGF #AzebaijanYouthFoundation #AzərbaycanGənclərFondu #AzYouthFund
Frame.az