Muğam Mərkəzindən Frame.az-a bildirilib ki, Bakıdakı konsertində tamaşaçılara unudulmaz caz gecəsi təqdim edəcək sənətçinin proqramı caz üslublarının qarışından ibarət olacaq. O, bir üslubdan digərinə asanlıqla keçid edərək populyar kompozisiyalardan klassik ariyalara qədər ifa edir. Bu ifaların hər birinə isə öz müəllif yanaşmaları və şəxsi aranjirovkalarının sayəsində qəlblərə yol tapır.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi çoxsaylı musiqi layihələri həyata keçirir. Bu sıradan muğam-caz, etno-caz layihələri də tamaşaçı rəğbəti qazanaraq diqqət çəkir. Həmçinin Bakıda hər il ənənəvi olaraq keçirilən Bakı Beynəlxalq Caz Festivalı da məhz Muğam Mərkəzinin səhnəsindən tamaşaçılarla görüşə gəlir.