Komissar Simson və Varheli Azərbaycanda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 8-ci iclasında

Enerji üzrə Komissar Kadri Simson və Qonşuluq və Genişlənmə üzrə Komissar Oliver Varhelyi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 8-ci iclasında iştirak etmək üçün Bakıya gəliblər.

Bu, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığı bir daha təsdiqləmək və Dəhlizin yeni enerji bazarlarını, o cümlədən Qərbi Balkanlara, xüsusən də kömür istehlakının mərhələli şəkildə azaldılmasına təkan verə biləcək bazarları daxil etməsi perspektivlərini müzakirə etmək üçün fürsət olacaq. Komissar Simson Azərbaycanın energetika naziri Pərviz Şahbazovla birgə Məşvərət Şurasının iclasına həmsədrlik edir – onlar həm də ikitərəfli şəkildə görüşəcək və sonda mətbuat konfransı keçirəcəklər. Komissar həmçinin Azərbaycanın Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Türkiyənin Enerji və təbii sərvətlər naziri Fatih Dönmez ilə görüşəcəkdir. Komissar Várhelyi Bakıda olarkən bir sıra ikitərəfli görüşlər keçirəcək, iyulda baş tutan son səfəri zamanı təqdim olunan Şərq Tərəfdaşlığı üzrə İqtisadi və İnvestisiya Planının və onun Azərbaycan üzrə flaqman təşəbbüslərinin icrası, habelə ikitərəfli münasibətlərin əsas məsələləri ilə bağlı müzakirələr aparacaq. Komissar Várhelyi bu gün Prezidentin diplomatik müşaviri Hikmət Hacıyev, sabah isə İqtisadiyyat naziri Mikayıl Cabbarov, eləcə də Xarici işlər naziri Ceyhun Bayramovla (görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək) görüşəcək. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Komissar, həm də Energetika naziri Şahbazovla birlikdə Trans-Adriatik Boru Kəmərinin İdarəedici direktoru Luka Şchieppati və bir sıra Qərbi Balkan ölkələrinin nazirləri ilə görüşəcək. Səfərin audiovizual materialları EbS-də olacaq. Aİ-Azərbaycan münasibətləri haqqında ətraflı məlumatı burada və burada tapa bilərsiniz.

 

Səfərin audiovizual materialları EbS-də olacaq. Aİ-Azərbaycan münasibətləri haqqında ətraflı məlumatı burada və burada tapa bilərsiniz.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!