Site icon Frame.az

“Sehrli simlər” adlı gənc violinoçular ansamblının  konserti keçirilib

Dekabrın 28-də Beynəlxalq Muğam Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş “Sehrli simlər” adlı gənc violinoçular ansamblının  konserti keçirildi.
Bayram konserti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Şəhəri Mədəniyyət Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatı dəstəyi ilə  reallaşmışdı.
Tədbirdə Niyazi adına 22 №-li  Uşaq Musiqi Məktəbinin direktoru, “Sehrli simlər” gənc violinoçular ansamblının bədii rəhbəri, Əməkdar müəllim İlhamə Ağayeva  çıxış edərək,   tamaşaçıları qarşıdan gələn bayram münasibəti ilə təbrik etdi, hamıya uğurlar, yeni-yeni nailiyyətlər arzuladı və Səabil Rayon İcra Hakimiyyətinin başçısı  Vüqar Zeynalova və  Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynova göstərdikləri diqqət və qayğıya görə öz təşəkkürünü bildirdi.
Sonra təqdim edilən konsert proqramında gənc ifaçıların və Əməkdar müəllim İlhamə Ağayevanın rəhbərlik etdiyi “Sehirli simlər” violinoçular ansamblının ifasında Qara Qarayevin – “Prelüdiya”, Vaqif Mustafazadənin – “Mart”, Osvaldo Farresin – “Kissas”, Skott Coplinin – “Reqtaym”, Vasif Adıgözəlovun – “Laylay”, Astor Pyasollanım – “Oblivion”, Edvard Alqarın – “Məhəbbət himni” və digər tanınmış xarici və Azərbaycan bəstəkarlarının məşhur əsərləri səsləndi.
Konsert bayram əhvali-ruhiyyəsində, gur alqışlar və “bravo!” sədaları altında keçdi.
Qeyd edək ki, Muğam Mərkəzində mugamın, milli və dünya musiqisinin ən gözəl nümunələrinin nümayişi və təbliği istiqamətində həyata keçirilən layihələr və tədbirlər davam etməkdədir.
Frame.az
Exit mobile version