EkologiyaSosialTəhsilTəqdimat

Könüllülər üçün TOT (Təlimçilər üçün Təlim) seminarlara start verilir

Frame.az ——Azərbaycan Könüllülər İctimai Birliyi Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilati dəstəyilə “Azərbaycanda plastik tullantılara qarşı mübarizə” keçirdiyi layihə çərçivəsində müasir metodologiyadan istifadə etməklə aidiyyatı sahədə 30 nəfərdən ibarət könüllülər üçün TOT (Təlimçilər üçün Təlim) seminarlara start verir.

3 gün davam edəcək təlimlər zamanı iştirakçıların ekspertlərlə görüşlərin təşkili, qeyri-təhsil metodlarından isitifadə edərək praktiki təlimlərin təşkili və qruplar üzrə komanda işlərinin keçirilməsi nəzərdə tutulur.

Layihənin keçirilməsində məqsəd plastik tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə məlumatlılığın artırılması və müvafiq olaraq plastik qabların istifadəsini azaltmaq və qarşısını almaq üçün praktiki yolların tapılması, ekoloji mədəniyyəti artırmaqla Azərbaycanın turistik yerlərini təmiz saxlamaqdır.

Qeyd edək ki, layihə öz işinə 06 iyul 2019-cu il tarixində “Park Inn by Radisson Baku” mehmanxanasında keçirilən “Azərbaycanda plastik tullantılara qarşı mübarizə” forumu ilə başlamışdır ki, forumda Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, BMT-nin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, “Təmiz şəhər ASC”ninAZGREEN Mühəndislik və Ətraf Mühit Xidmətləri şirkətinin və digər hökümət, qeyri-hökümət və beynəlxalq təşkilatların nümayəndələri, 200 nəfər yaxın gənc iştirak etmişdir.

Eyni zamanda layihə müddətində hazırlanacaq sosial film vasitəsilə könüllülərin ətraf mühiti plastik tullantılardan təmiz saxlamaları və “Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında maarifləndirici kampaniyaya qoşulmaları təşviq ediləcəkdir.

Təlimlərdə iştirak etmək üçün aşağıda qeyd olunan link vasitəsilə ərizə formasını doldurmaqla müraciət edə bilərsiniz. Müraciət edənlər e-mail və ya telefon vasitəsilə seçimlərin nəticələri haqqında məlumat əldə edəcəklər.

 Müraciət üçün son tarix: 17 iyul 2019-cu il

Ərizə forması: http://www.avpu.az/konullul%c9%99r-ucun-tot/

Əlaqə vasitəsi:

E-mail: info@avpu.az
Tel: 050 391 15 21

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!