“Sumqayıt” şəhərində taekvondoçular arasında “Koreya səfiri kuboku” keçiriləcək. ATF və Koreya’nın Azərbaycan’dakı səfirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə baş tutacaq yarışda gənc idmançılar qüvvəsini sınayacaqlar.
Sayca üçüncü olan turnir sentyabrın 16-da start götürəcək. 2 gün davam edəcək yarış Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq.
“Koreya səfiri kuboku”da respublikamızda fəaliyyət göstərən taekvondo bölmələri və klubları, 2000-2003-cü il təvəllüdlü gənc idmançıları iştirak edəcəklər.
Qeyd edək ki, analoji yarış birinci dəfə Quba’da, ötən il Qəbələ’də təşkil olunub.
Frame.az