Site icon Frame.az

Koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azercell xidmət mərkəzlərində xüsusi iş rejimi elan edilir

Koronavirus infeksiyasının (COVID-19) Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə “Azercell Telekom” şirkətinin ofis və xidmət mərkəzlərində xüsusi iş rejimini tətbiq edilir.

Şirkətdən  verilən məlumata görə, Bakı və bölgələrdə çalışan Müştəri Xidmətləri Mərkəzləri, “Azercell Eksklüziv” və “Azercell Ekspress” ofisləri, eləcə də “Azercell”in rəsmi diler məntəqələri fəaliyyətini davam etdirərək hər gün 09:00-dan 18:00-dək müştərilərə xidmət göstərəcək. Eyni zamanda virusdan qorunmaq məqsədilə bütün ofislər qoruyucu maska, əlcək, antiseptik vasitələrlə təmin edilir, ofislərdə mütəmadi olaraq dezinfeksiya tədbirləri həyata keçirilir.

Bununla yanaşı, ölkədə tətbiq olunan qabaqlayıcı tədbirləri nəzərə olaraq “Azercell Telekom” abunəçilərinə ev şəraitindən ayrılmamaları və kütləvi insan axınının mövcud olduğu yerlərə baş çəkməmələri üçün şirkətin aşağıdakı alternativ xidmət kanallarından istifadə etməyi tövsiyə edir:

– “Online” müştəri xidmətləri https://www.azercell.com/az/;

– “Kabinetim” mobil tətbiqi və onun tərkibindəki çat xidməti https://www.azercell.com/my/login;

– “Azercell”in rəsmi “Facebook”, “Twitter” və “Instagram” səhifələri;

– “Azercell” Telefon Mərkəzi: – Fakturalı Xətt Abunəçiləri: +994(012) 4905252 şəhər nömrəsi və ya 6565 qısa nömrəsinə – Fakturasız Xətt (“SimSim”) Abunəçiləri: +994(012) 4904949 şəhər nömrəsi və ya 2002 qısa nömrəsinə.

Qeyd edək ki, yaranan vəziyyətlə bağlı şirkətin fəaliyyətində müştəri məmnuniyyətinə təsir edə biləcək heç bir texniki problem və ya ləngimə nəzərdə tutulmur və “Azercell”in bütün texniki heyəti, Müştəri Xidmətləri Mərkəzləri, həmçinin, məsul vəzifələri icra edən departament rəhbərləri və şirkət prezidenti xüsusi iş rejimində fəaliyyətlərini davam etdirəcək.

Frame.az

Exit mobile version