Covid-19SağlamlıqTəqdimat

Koronavirusun “omikron” ştamı 89 ölkədə aşkar edilib

Koronavirusun “omikron” ştamı hazırda 89 dövlətdə aşkar edilib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) informasiya bülletenində deyilir.

Təşkilat, “omikron” ştamının “delta” ştamı üzərində “əhəmiyyətli artım üstünlüyünə” malik olduğuna və “delta” variantından əhəmiyyətli dərəcədə daha sürətli yayılmasına” dair “ardıcıl sübutların” olduğunu bildirib. Bu məlumatlara əsasən, 1,5-3 gün ərzində yoluxanların sayı iki dəfə artır.

Bununla belə, “omikron” “əhali arasında immuniteti yüksək olan” ölkələrdə yayılır. Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, böyük ehtimalla koronavirusun icmadaxili ötürülməsinin müşahidə olduğu yerlərdə “omikron” “delta” ştamını üstələyəcək.

Bülletendə qeyd edilir ki, “omikron”a yoluxma zamanı xəstəliyin keçməsinin ağırlığına gəldikdə, bununla bağlı məlumatlar hələ də “məhduddur”. Bu məsələni, eləcə də vaksinlərin və immunitetin xəstəliyin ağırlığına necə təsir etdiyi ilə bağlı məsələni aydınlaşdırmaq üçün daha çox məlumat lazımdır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!