IqtisadiyyatTurizmTəqdimat

Kürdəmirdə nar şirəsi istehsalı üzrə mini zavod istifadəyə verilib

Tikintisi STEP layihəsi çərçivəsində Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən zavod Kürdəmir rayonunun Muğanlı kəndində yerləşir.

Dünən Aİ-nin Azərbaycandakı ofisinin nümayəndələri, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov və digər rəsmi şəxslərin iştirakı ilə baş tutan açılış mərasimində bildirilib ki, STEP layihəsi çərçivəsində 2020-ci ilin avqustundan 2022-ci ilin oktyabrınadək Azərbaycanın 7 rayonunda – Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Saatlı, Sabirabad və Ucarda 2000-dən çox nar istehsalçısı Avropa İttifaqından maliyyə dəstəyi alıb. Layihənin ümumi büdcəsi təxminən 590 min avro təşkil edib. Bunun da 500 min avrodan çoxunu Avropa İttifaqı ayırıb.

Yeni açılan müəssisə yerli nar istehsalçılarına məhsullarının emalı və satışına dəstək olmaq məqsədi daşıyır. Layihənin əsas məqsədi yerli istehsalçıları xarici bazarlara çıxarmaqdır.

İcra başçısı çıxışında bu zavodun açılışının Kürdəmirdə nar istehsalının inkişafına töhfə verəcəyini də vurğulayıb.

STEP layihəsində iştirak edən fermerlərə il ərzində türkiyəli mütəxəssislər təlimlər keçib.

Rəsmi hissədən sonra qonaqlar mini zavodun ərazisinə baş çəkib, müəssisənin texnoloqu tərəfindən nar şirəsinin hazırlanma prosesi ilə tanış olublar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!