Bizim AşpazLəzzətli Bölüm

Ləzzətli toyuq ruleti

Toyuq əti dadlı olmaqla yanaşı həm də çox faydalıdır. Təqdim etdiyimiz ləzzətli toyuq ruleti ilə axşam yeməyinizi zənginləşdirə bilərsiniz! 😉

Tərkibi:
1kq file, 3 ədəd soğan, 2 ədəd kök, 2 ədəd yumurta, 2 ədəd bolqar bibəri, cəfəri, şüyüd, yağ, mayonez, duz və istiot

Hazırlanması:
– Toyuq və soğanı ət maşınından keçirin (və ya döyəcləyin)
– Yumurtanı və kökü suda bişirin (kök tam bişməməlidir)
– Soğanı xırda doğrayıb, zeytun yağında qızardın
– Yumurta, kök, bibər, cəfəri və şüyüdü doğrayıb qarışdırın
– Fileni folqanın üzərinə yayın, duz və istiot əlavə edin
– İçliyi ətin üzərinə əlavə edin və boru şəklində bükün
– Sobaya yerləşdirməzdən öncə toyuğun üzərinə mayonez çəkin

Nuş olsun! 😊

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!