Bu yaxınlarda pulsuz elanlar servisi olan Lalafo hamının sevimli müğənnisi Röya Ayxanın iştirakı ilə yeni reklam kampaniyasına başlamışdır. Bu, artıq Lalafonun müğənninin iştirakı ilə azərbaycan xalqına təqdim etdiyi ilk reklam işi deyil. Röya Ayxan isə artıq Lalafo brendinin səfirinə çevrilmişdir. Xatırladaq ki, müğənninin iştirakı ilə ilk reklam çarxı bir neçə il bundan əvvəl yayımlanaraq böyük ajiotaj doğurmuşdur. Bunun nəticəsində axtarış sistemlərində Röya ilə bağlı sorğular 30% artmışdır, Lalafo isə azərbaycanlılar arasında böyük populyarlıq qazanmışdır.
Bu payız mövsümündə Lalafonun yerli bazardakı fəaliyyətinin 5 ili tamam olur. Ola bilərmi ki, həmin çarxın yayımlanmasının səbəbi də məhz elə budur? Yoxsa bu çarxda həqiqətən də məhz süjet daha əhəmiyyətli rol oynayır?
Süjetin əsasını Röya və Pərvanə adlı iki rəfiqənin hekayəsi təşkil edir. Pərvanə öz mənzilindən köçməyə hazırlaşır. Bunun səbəbi qonşusunun eyni paltarları almaqla onun etdiklərini təkrarlamağıdır ki, Pərvanə də buna dözə bilmir. Pərvanə Röyaya şikayət edir, Röya isə ona kömək etməyi qərar alır. O, Lalafo mobil əlavəsini açaraq rəfiqəsi Pərvanəyə müxtəlif mənzillər göstərməyə başlayır. Nəticədə rəfiqələr Lalafoda elə mükəmməl bir seçimə rast gəlirlər ki, həm Parvanə, həm də onun iti öz rahatlıq və xoşbəxtliyinə qovuşurlar.
Bu o demək ola bilərmi ki, özünün bir çox kateqoriyasında artıq bir nömrəli olan servis artıq əmlak bazarında liderlik etmək qərarına gəlib? Bu suala yaxın aylarda cavab tapacağıq, hələlik isə gəlin reklam çarxının özünü izləyək (link).
Qeyd edək ki, reklam çarxının çəkilişləri yayın sonlarında Kiyev şəhərində baş tutmuşdur. Lakin hazırda onu artıq bütün televiziya kanallarında, metroda və hətta küçələrdə belə izləmək mümkündür.
Bu servis ilə hələ də tanış olmayanlar üçün qeyd etmək istərdik ki, Lalafo — insanlara bir neçə dəqiqə ərzində müxtəlif əşyaları almağa və satmağa kömək edən pulsuz elanlar servisidir. Servis, Azərbaycandan başqa Qırğızıstan, Serbiya və Yunanıstan kimi ölkələrdə də fəaliyyət göstərir. Burada hər şeyi alıb-satmaq mümkündür — daşınmaz əmlak, elektronika, ev və bağ üçün əşyalar, avtomobil, müxtəlif xidmətlər, uşaqlar üçün mallar, şəxsi əşyalar. Burada həmçinin iş tapmaq və təklif etmək olar. Onu Play Market və App Store mobil əlavələrindən yükləmək mümkündür.