EventsPR-TanıtımSosialTəqdimat

Lalafo ucqar kənddə yaşayan uşaqları sevindirəcək

Novruz bayramı –  baharı qarşılayaraq, ürəkdən sevinmək imkanıdır, amma ən əsası – bu, insanların bir-birlərini sevindirmək və yaxşı əməllər görmək fürsətidir.  Yaxşı əməllər təkcə papaqda olan şirniyyatlar, yaxınlarla, doğmalarla gözəl vaxt keçirmək deyil, bu, həm də hər bir uşağın bayramıdır.

27 mart tarixində Lalafo şirkəti, bir neçə təşkilatlarla müştərək, AsanMəktub, Global Shapers Baku Hub təşkilatı ilə, eləcə də məşhur ifaçı Murad Ariflə İmişli rayonuna aztəminatlı ailələrin övladlarının bayramını təbrik etməyə yollanırlar.

Onları bunu sizin köməyiniz olmadan etməyəcəklər!

“Asan Məktub” rayondan onlarla məktub gətirib, orada uşaqlar  xahiş edirlər ki, onlar üçün məktəb ləvazimatları, ayaqqabılar, gödəkçələr, oyuncaqlar və velosipedlər gətirsinlər.

“Xeyriyyə xonçası” –   Lalafo saytında yeni kateqoriyadır, burada hamı bu bayram münasibəti ilə yaxşı iş görə bilər, konkret olaraq isə ehtiyacı olan bir uşağa bir hədiyyə verə bilər.  https://xonca.lalafo.az/ linkinə girməklə,  bunu necə etməyin qaydalarını öyrənmək olar. Hər şey çox sadədir – biz uşağın məktubunu seçirik, ona hədiyyə alırıq, Lalafoya giririk, “Xeyriyyə xonçası” kateqoriyasına bu hədiyyəni yerləşdiririk, məhsulun adı yerinə isə bu uşağın adı ilə yaşını qeyd edirik. Sonra şirkət sizinlə əlaqə saxlayır və siz aldığınız hədiyyəni göndərirsiz.    .

Amma bu da son deyil! Həmin gün,  27 маrt tarixində, İmişli rayonundakı  Asan Həyat kompleksində, Murad Arif   gözəl, uşaqların çox sevdiyi mahnılarını  oxuyub, onların bayramını təbrik edəcək.

Təşkilat həm də ora şirniyyatlar,Novruz personajlarını və çoxlu bol sevinc aparacaq.

Siz könüllülərə də qoşulub, bu uşaqlar üçün bayram təşkil etmək üçün onlarla gedə bilərsiz!

Amma ən əsası – heç olmasa bir uşağın məktubunu cavablandırmağı unutmayın, axı hər bir uşaq bayram təbrikinə layiqdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!