Frame LifeSağlamlıqSosialTəqdimat

Səbaildə “Güclüyəm, dəyərliyəm, qadınam!” layihəsinə start verilib

Səbail rayonunda “Güclüyəm, dəyərliyəm, qadınam!” adlı layihə həyata keçiriləcək. Layihə yerli icma nümayəndələri tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səbail Rayon İcra Hakimiyyətinin, “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə həyata keçiriləcək.

Layihənin əsas məqsədi məişət zorakılığı ilə bağlı məsələlərdə qadınları maarifləndirmək, özünə güvəni artırmaqdır. Bunun üçün iştirakçılara hüquq hazırlığı, özgüvən, özünümüdafiə ilə bağlı təlimlərin keçirilməsi planlaşdırılır.

Layihə iştirakçıları psixoloqlar da daxil olmaqla, fərqli sahələrin mütəxəssisləri tərəfindən interaktiv auditoriyada təşkil olunan gündəlik seminarlarda iştirak edəcək və onlarla diskusiya etmək imkanı qazanacaqlar.

Həmçinin, iştirakçıların tanınmış qadın ictimai xadimlərlə görüşü nəzərdə tutulur.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!