EventsTəhsilTəqdimatƏn Son

“Sumqayıt Məktəblilərinin Ekoloji Düşərgəsi – 3” layihəsinə start verilir!

Əziz məktəblilər!

“Sağlam Düşüncə” Gənclər Təşkilatının təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Azərbaycan Skautlar Assosiyasiyasının tərəfdaşlığı ilə “Sumqayıt Məktəblilərinin Ekoloji Düşərgəsi – 3” layihəsinə start verilir!

Sumqayıt məktəbliləri arasında ekoloji maarifləndirmənin genişləndirilməsi, həmçinin daha əvvəl həyata keçirilmiş layihənin nəticəsində formalaşdırılmış “Sumqayıt Məktəblilərinin Ekoloji klublar Şəbəkəsi”-nin fəaliyyətinin genişləndirilməsi məqsədillə Sumqayıt şəhərinin orta təhsil müəsissələrində təhsil alan məktəblilər üçün Quba rayonunun Qırızdəhnə kəndində 5 günlük tədris proqramı əsasında yay məktəbi təşkil ediləcəkdir. Ekoloji düşərgəyə cəlb edilmiş məktəblilər həmyaşıddan-həmyaşıda metodologiyası vasitəsi ilə öyrəndiklərini yoldaşlarına ötürməklə daha böyük auditoriyanın faydalanmasına şərait yaradacaq və şagirdlər arasında ekoloji maariflənmənin artırılmasında əhəmiyyətli rol oynayacaqdır.

Elektron Ərizə Forması : https://form.jotform.me/92306599600460
Son müraciət tarixi : 25 avqust 18:00, 2019

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!