EventsMuğamMusiqiMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzində möhtəşəm “Yaradanlar və yaşadanlar” layihəsi uğurla davam edir

Aprelin 1-də  Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert  bəstəkar, əməkdar incəsənət xadimi, Xalq artisti Ramiz Mirişlinin  yaradıcılığınahəsr olunmuşdu.

Tədbir Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdi.

Konsertdə  Xalq artisti  Teyyub Aslanov “Ay qəlbi kövrək”, Əməkdar artistlər Almaz Orucova “Bir xumar baxışla”, Zakir Əliyev “Süfrə nəğməsi”, Azərbaycan Televiziyası və Radiosunun solistləri – Kamilə Nəbiyeva “Həyat söylə sən kiminsən”, Sərxan Bünyadzadə “İlk sevgi”, Zabitə Əliyeva  “Bir könül sındırmışam”, Ayşən Mehdiyeva “Nəğməkar qız” və Rövşən Əziz “ Küsüb məndən” mahnılarını ifa ediblər.

Konsertin son nömrəsi olan  “Sənsən ürəyim  ” Gülüstan Əliyeva, Almaz Orucova və Ayşən Mehdiyevanın ifasında səsləndi.

İfaçıları  Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edirdi.

Tədbirin aparıcısı əməkdar artist Rəşad İlyasov idi.

Konsert maraqla qarşılandı və gur alqışlarla sona yetdi. 

Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində mili ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm  yaradıcılıq  layihələri davam  edir.

 Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!