FinansIqtisadiyyatTurizmTəqdimat

Leobank 1 milyondan çox müştəri cəlb edib və mənfəətə çıxıb

Bir milyondan çox vətəndaşımız artıq Leobank-ın müştərisidir. Bununla bağlı “Unibank”ın açıqlamasında bildirilir. Bankdan həmçinin Leobank mobil bankçılıq xidməti ilə bağlı bəzi rəqəmlər və gələcək planlar barəsində açıqlama verilib.

Leobank, 2021-ci ilin sonunda fəaliyyətə başlayıb. Leo müştəriləri ümumilikdə 12 milyard manatdan çox ödəniş, 200 milyondan çox əməliyyat həyata keçiriblər. Leo kartları üzrə kredit portfeli 200 milyon manatdan çox təşkil edib.

“Leobank bu il artıq sabit mənfəət əldə edib”, – “Unibank”ın açıqlamasında deyilir. “Lakin biz müştərilərimizi demək olar ki, hər həftə təəccübləndirmək və sevindirmək üçün yeni məhsullarımızı və xidmətlərimizi təqdim etməyi planlaşdırırıq”.

Son bir neçə ay ərzində Leobank, müştərilərinə səhm və kriptovalyuta sərmayə xidməti, abunə idarəetməsi (birbaşa Leo tətbiqində karta bağlı olan servisləri dayandırmaq imkanı), partnyor mağazalarda hissə-hissə ödəniş, partnyorlarda cashback qazanmaq imkanı və digər xidmətləri təqdim edib.

Leobank bir milyon müştəri ilə kifayətlənməyi planlaşdırmır.

“Unibank”dan bildirilib ki, “Leobank Bakıda böyük populyarlıq qazanıb, lakin paytaxtdan kənarda müştəriləri cəlb etmək üçün hələ çox işlər görülməlidir”.

Bank rəhbərliyinin fikrincə, yaxın gələcəkdə “Leobank” bir sıra yeni məhsul və xidmətlər təqdim edəcək. Xüsusən də pullarını toplamaq istəyən müştərilər üçün rahat və sərfəli təkliflər olacaq.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!