Fevralın 11-də Gəncə şəhər rəhbərliyinin dəvəti və təşəbbüsü ilə Gəncə Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşası keçiriləcəkdir. Tamaşa operanın 110 illik yubileyi çərçivəsində nümayiş olunacaqdır.
Tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri – Xalq artisti Mənsum İbrahimov (Məcnun), gənc və istedadlı müğam ustası Arzu Əliyeva (Leyli), Əməkdar artistləri Cahangir Qurbanov (Nöfəl), Təyyar Bayramov (İbn-Səlam), Xalq artisti Sabir Əliyev (Şeyx), solistlər Afaq Ağayeva, Elnur Zeynalov, Aytən Məhərrəmova, Taleh Yahyayev, Nəzər Bəylərov, Teatrın xor kollektivi və simfonik orkestri çıxış edəcəklər.
Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Frame.az