Site icon Frame.az

LG AZƏRBAYCANDA FLAQMAN “MULTI V 5” HAVALANDIRMA VƏ YENİ MAQNETİK YASTIQLI SOYUDUCU HƏLLƏRİNİ TƏQDİM ETDİ

Dünyanın bir çox bazarlarında uğurlu təqdimatdan sonra LGElectronics AEM Group şirkətləri ilə birlikdə yeni MULTI V 5 Dəyişkən Soyuducu Axını sistemi və Maqnetik Yastıqlı Soyuducularının Azərbaycanda başlayacaq satışı ilə bağlı elan verib. MULTI V sırasının ən yeni modeli olaraq, yeni sistem enerji səmərəliyini optimallaşdıraraq və istifadəçi rahatlığını artıraraq, bənzərsiz rasional funksionallıq təklif edir. Bu özəllikləri ilə o, yaşayış və biznes mühitləri üçün ideal seçimdir.

Təqdimat tədbirində çıxış edən “LG Electronics Gulf FZE”nin Azərbaycan nümayəndəliyinin rəhbəri cənab Sanginn Lee deyib:“Azərbaycan 9 iqlim zonasına malik, bir-birinə zidd isti yay və soyuq qışın müşahidə olunduğu unikal ölkədir. Havanın dəyişkənliyi və müxtəlifliyi bu ölkəni LG-nin İVH həllərinin tətbiq etmək üçün əla məkana çevirir. Biz əminik ki, Azərbaycandakı müştərilərimiz MULTI V 5 innovativ texnologiyasından yararlana biləcəklər. Əlavə olaraq qeyd edim ki, MULTI V 5-in təqdim etdiyi enerji səmərəliyi kommunal xidmətlərdə enerji sərfiyyatını azaltmaq üçün ən yaxşı seçimdir.

LG MULTI V 5 havalandırma sistemi Azərbaycandakı tikinti layihələrinin davamlılıq və enerji səmərəliliyi tələblərini qarşılaya biləcək təkmil texnologiyalardan istifadə edir. Bu sistem performans, səmərəlilik və enerjiyə qənaət mövzularında kompromisə getmədən ən inkişaf etmiş iqlim nəzarəti həllərini təklif edir.

MULTI V 5 LG-nin innovativ və patentləşdirilmiş İkili Hiss İdarəsi (Dual Sensing Control) və Mükəmməl İnvertor Kompressoru (Ultimate Inverter Compresor) özəllikləri ilə özünü ən gərgin hava şəraitlərində belə üstün texnoloji həll kimi sübut edir. Təkmilləşdirilmiş rütubət nəzarəti, hər bir daxili qurğu üçün individual təyinat nöqtəsi, böyük tutumlu çöl qurğusuvə səssiz işləmə funskiyaları MULTI V 5-ihər hansı bir məkanı isitmək və soyutmaq üçün ən yaxşı həllə çevirir. Bu innovativsistem həm də enerjiyə qənaət və rahatlığı daha da artıraraq müxtəlif zonalarda eyni anda isitmə və soyutmanı da təmin edir.

Yerli orqanlar və sənayelərdən “yüksək səmərəli yeni nəsil soyuducular”-a olan artan tələbatı diqqətdə saxlayan LG, özünün yeni nəsil Maqnetik Yastıqlı Soyuducularını təqdim etdi. Son texnoloji nailiyyət olan bu sistem soyuduculardakı mərkəzdənqaçma kompressorları üçün yağsız və kontaktsız idarəetmə təqdim edir. Özünün yüksək sürətli daimi maqnetik mühərriki və maqnetik yastıqları ilə yeni maqnetik sistem ənənəvi mərkəzdənqaçma kompressorlarını əksinə olaraq müxtəlif sürətlərdə işləyə bilir və nəticədə enerjiyə ən az 10 faiz qənaət edir. O, AHRI şəraitlərində dünya səviyyəli COP 7.0 və 12.0 IPLV yüksək səmərəlilik imkanları təqdim edir. Mexniki kontakt və yağlanmış yastıqlarda əmələ gələn yağ itkisini aradan qaldıraraq, LG-nin yeni maqnetik sistemi ümumi enerji sərfiyyatı və təmir xərclərini əhəmiyyətli dərəcədə azaldır.

Frame.az

Exit mobile version