Site icon Frame.az

“Libertadores Kuboku”nun qalibi Qremio

Cənubi Amerikanın ən nüfuzlu turniri olan “Libertadores Kuboku”nun qalibi “Qremio” komandası olub. “Qremio” 22 il aradan sonra yenidən Cənubi Amerikanın zirvəsinə çıxıb. İlk görüşdə 1:0 hesabı ilə qələbə qazanan “Qremio” bu dəfə Argentina’da “Lanus” komandasını 2:1 hesabı ilə məğlub edərək kubokun sahibi olub. Argentina’da 50.000 futbolsevərin önündə oynayan “Qremio” matçın ilk hissəsini 27-ci dəqiqədə Fernandinyo’nun və 42-ci dəqiqədə Luan’ın vurduğu qollarla 2:0 öndə bitirib. “Lanus” komandası 72-ci dəqiqədə bu qollardan yalnız birinin əvəzini çıxa bilib. Joze Sand penalti zərbəsini dəqiq yerinə yetirərək fərqi minimuma endirib 1:2. Görüşün bitiminə yeddi dəqiqə qalmış qonaqlar Ramiro Benedetti’nin qırmızı vərəqə almasından sonra azlıqda tamamlayıb. Qeyd edək ki Braziliya təmsilçisi “Qremio” 1983-cü və 1995-ci illərdən sonra tarixində 3 -cü dəfə “Libertadores Kuboku’na sahib çıxıb. Beləcə “Qremio” Əbu Dabi’də keçiriləcək Klublar arası Dünya Kubokunda iştirak etmə haqqını əldə edib.

Frame.az

PƏRVİN BAYRAMOV

Exit mobile version