“Little Voice” layihəsi ilk tədbiri ilə qarşınızdadır!
Sizi, 25 Noyabr tarixində YARAT Müasir İncəsənət Mərkəzində keçiriləcək “Dünya uşaqların gözü ilə” adlı tədbirinə dəvət edirik.
“Little Voice” layihəsi 9-15 yaş arası uşaqlara öz ideyalarını, hekayələrini və layihələrini bölüşməyə imkan yaradan platformadır.
Tədbirdə sizi 9 uşaq-spikerin maraqlı çıxışları və istedadlı uşaqların rəqs/musiqi nömrələri gözləyir. Ən əsası, siz 2 saat müddətində dünyaya uşaqların gözü ilə baxmaq imkanı əldə edəcəksiniz.
Tədbir Azərbaycan dilində olacaq.
Yerlər məhdud olduğuna görə tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir!
Qeydiyyat üçün: 0502469292
Little Voice komandası ilk tədbirin keçirilməsində dəstək olduğu üçün YARAT Müasir İncəsənət Mərkəzinə, Baku American Center, WoWoman Azerbaijan, Yerli İdarəetməyə Yardım İB və Koloritə təşəkkürünü bildirir.
Frame.az