Təqdimat

Litvanın ölkəmizdəki səfiri Beynəlxalq Muğam Mərkəzinin qonağı olub

Fevralın 18-də səfir Eqidius Navikas BMM-ni ziyarət edib.

Beynəıxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov Litva Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikasla görüşüb.

Görüş zamanı direktor BMM fəaliyyəti haqqında qonağa məlumat verib. Mərkəzin beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirdiyi layihələr və konsertlərdən söz açıb. Görüş zamanı səfirliklə birgə mədəni layihələrin reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!