İngiltərə Premyer Liqasının ikinci turunun mərkəzi matçında “Tottenhem” klubu öz meydanında son çempion “Çelsi”ni qəbul edib.
Frame.az xəbər verir ki, “Uembli” sadionunda baş tutan London derbisi qonaq komandanın 2:1 hesablı qalibiyyəti ilə yekunlaşıb. Matçda hər üç qolu qonaq komandanın futbolçuları vurublar. Belə ki, Markos Alonso 24 və 88-ci dəqiqələrdə dubl etdiyi halda, Miçi Batşuayi 82-ci dəqiqədə avtoqola imza atıb.
“Çelsi” iki turdan sonra aktivinə 3 xal yazdıra bilib. “Totenhem” isə ötən turda qazandığı qələbədən sonra meydanı bu dəfə xalsız tərk edib.