Lotereyaların təşkilində qanuna əməl edilməlidir

“Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən, lotereya və idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarət İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir.

“Lotereyalar haqqında” Qanunun tələblərinə görə, Azərbaycanda lotereyalar (stimullaşdırıcı lotereyalar istisna olmaqla) yalnız “Azərlotereya” ASC tərəfindən təşkil edilir.Qeyd edək ki, stimullaşdırıcı lotereya malın (işin, xidmətin) satışını stimullaşdırmaq məqsədilə keçirilən lotereya formasıdır və iştirak etmək üçün lotereya obyektinin qiymətindən əlavə haqqın alınmasına yol verilmir.Stimullaşdırıcı lotereyanı keçirmək hüququ əldə etmək üçün müvafiq sənədlər lotereyanın keçirilməsinə azı 20 iş günü qalmış İqtisadiyyat Nazirliyinə təqdim olunmalıdır.

İdman mərc oyunları isə “Bədən tərbiyəsi və idman haqqında”Qanunauyğun olaraq,“Azərlotereya” ASC və “Caspiantech” QSC (“TOPAZ” ticarət nişanı ilə) tərəfindən həyata keçirilir.

Qanunvericiliyə görə, keçirilməsi qadağan olunmuş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların, eləcə dədayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan olunmuş idman mərc oyunlarının reklamına yol verilmir.

Lotereya və idman mərc oyunlarının reklamına dair tələblər “Reklam haqqında” Qanunla tənzimlənir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) “qumar oyunu” hesab edilir.Azərbaycan ərazisindən qumar oyunlarında iştirak üçün imkanın yaradılması, qumar oyunlarının təşkili və keçirilməsiilə bağlı pul vəsaitlərinin, əşyaların və qeyri-maddi əmlak nemətlərinin qəbulu, köçürmələrin aparılması, uduşların verilməsi, biletlərin satışı, iştirakla bağlı müvafiq əməliyyatları aparan şəxslərəİnzibati Xətalar Məcəlləsində cərimələrnəzərdə tutulur.

Bildiririk ki, yuxarıda qeyd edilən normativ hüquqi aktların tələblərini pozan şəxslər  qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: