Dünyaca məşhur ifaçı Laura Perqolizzi ( LP ) ilk dəfə Azərbaycana gəlir

Frame.az xəbər verir ki, sənətçi 30 sentyabrda Bakıda konsert verəcək.

Tanınmış amerikalı müğənni-bəstəkar 2021-ci ilin sonunda işıq üzü görən “Churches” adlı son albomundan yeni mahnıları nümayiş etdirəcək.

Müğənni Bakı Konqres Mərkəzində baş tutacaq gecədə “Lost on you” başda olmaqla, sevilən hitlərini səsləndirəcək.

Qeyd edək ki, ulduz yaradıcılığından başqa, Çer, Rihanna, De Bəkstreet Boys, Selin Dion, Kristina Aqilera və başqaları üçün mahnılar yazıb.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: