Baku City CircuitFormula 1Idman

Luis Hemilton Formula 1 üzrə dünya çempionatının cari mövsümünü qələbə ilə başa vurub

Formula 1 üzrə dünya çempionatının 2019-cu il mövsümünə dekabrın 1-də Əbu-Dabidə yekun vurulub.

Frame.az xəbər verir ki, mövsümün sonuncu yarışında “Mercedes”in pilotu Luis Hemilton birinci olub. “Red Bull”un üzvü Maks Ferstappen yarışı ikinci, “Ferrari”nin pilotu Şarl Lekler isə üçüncü pillədə başa vurublar.

Qeyd edək ki, L.Hemilton daha əvvəl 6 qat dünya çempionluğunu təmin edib. “Mercedes” isə Konstruktorlar Kubokunun qalibi olub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!