“Mədəni gənclik” layihəsi çərçivəsində növbəti tədbir Filarmoniyada olacaq

Mədəniyyət Nazirliyinin “Mədəni gənclik” layihəsi davam edir.

Frame.az xəbər verir ki, ötən həftə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında “Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah” komediyasına baxan Bakı Dövlət Universitetinin tələbələri mayın 17-də Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Bakı Kamera Orkestrinin konsertini dinləyəcəklər.

Azərbaycan Dövlət Akademik Filarmoniyasında “mədəni gənclik” həm əylənmək, həm də öz musiqi zövqlərini formalaşdırmaq imkanı qazanacaq.

Qeyd edək ki, gənc nəsil arasında mədəniyyətin və incəsənətin təşviqinə yönəlmiş layihə Azərbaycan mədəniyyətinin sabahına sahib çıxacaq “mədəni gənc”lərin formalaşdırılmasını hədəfləyir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: