EventsQalereyaŞəkillərƏn Son

Mədəni irsimiz fotolarda

Ölkəmizin milli-mədəni irsin təbliği, tarixi mədəniyyət obyektlərinin, incəsənət ocaqlarının, teatr və muzeylərinin, eləcə də mədəniyyət və incəsənət xadimlərimizin yerli və xarici vətəndaşlar tərəfindən yaxından tanınması məqsədi ilə cari ilin iyul avqust aylarında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən “Mədəni irsimiz fotolarda” layihəsi həyata keçirilir. Tədbir çərçivəsində gənc fotografların işlərində vətənimizin mədəni irs nümunələrini əks edən şəkillərdən ibarət sərgi Art Villa qalereyasında təşkil olunacaqdır.

Layihə çərçivəsində keçirilən tədbirlər nəticəsində cəmiyyətdə milli-mədənidəyərlərin qorunması və təbliği sahəsində gənclərin rolu artacaq, gənclərin mədəni irs nümunələrinə diqqətini artıraraq, onların və bu işin təbliğatçısı qismində çıxış etməklərinə dəstək olunacaqdır. Habelə, mədəni irsin öyrənilməsində müasir texnologiyaların, aparıcı beynəlxalq təcrübənin tətbiqi və tarix və mədəniyyət abidələrinin genişmiqyaslı tətqiqinə, ölkədə turizmin imkişafına öz töhvəsini verəcək.

Sərgidə iştirak etmək üçün memarlıq, monumental mədəniyyət və Azərbaycanın milli ənənələrinə həsr olunmuş foto təmin etmək lazımdır. Foto sergi@artscouncil.az göndərilməlidir. Hər iştirakçı 5 foto qədər göndərə bilər. Foto uzun tərəfində ən azı 3000 piksel və JPEG formatda olmalıdır. Üstündə heç bir yazı və ya votermark olmamalıdır. Məktübdə öz adı, soyadı və atasının adı qeyd eləmək lazımdır.

Göndərən şəkil bütün müəllif hüquqları malik olmalıdır.

Foto axırıncı 3 il ərzində çəkməlidir. Çap təşkilatçısı tərəfindən olacağ. 

Sərgi 26-27 Avqust tarixlərində keçiriləcəkdir.

14089227_1210299852335664_9105788907576416850_n

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!