Site icon Frame.az

Mədəniyyət Nazirliyi Qobustan Milli Tarix-Bədii Qoruğunda yaşıllaşdırma aksiyası keçirib   

Mədəniyyət Nazirliyi Qobustan Milli Tarix-Bədii Qoruğunda yaşıllaşdırma aksiyası keçirib

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən noyabrın 23-də Qobustan Milli Tarix-Bədii Qoruğu ərazisində ağacəkmə aksiyası həyata keçirilib. Aksiyanın məqsədi ekoloji tarazlığın qorunması işinə töhfə vermək olub.

Ölkəmizin 11-22 noyabr tarixlərində ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) münasibətilə təşkil olunan aksiya zamanı nazirliyin əməkdaşları ərazinin iqlim şəraitinə uyğun çoxsaylı müxtəlif növ ağac tingləri əkib, onlara aqrotexniki qulluq göstərilib.

 

Exit mobile version