MədəniyyətTəqdimat

Mədəniyyət Nazirliyi “Şuşa qalası” layihəsinə start verib

Mədəniyyət Nazirliyi “Şuşa İli”nə töhfə olaraq “Şuşa qalası” layihəsinə start verir.

Nazirlikdən bildirilib ki, layihə çərçivəsində hər buraxılış Şuşanın bir məhəlləsində çəkiləcək.

Məhəllədə olan tarixi tikililər, küçə ilə bağlı mənbələrə istinad, bu məhəllənin adət-ənənələri, insanların əsas məşğuliyyəti, təsərrüfat və dekorativ tətbiqi sənət növləri, eləcə də memarlıq nümunələri ilə bağlı məlumat veriləcək. Əsrlər boyu burada kök salmış nəsillər barədə informasiya təqdim olunacaq. Videoçarxlarda, həmçinin mədəniyyətimizin beşiyi Şuşada aparılan yenidənqurma və bərpa prosesi də önə çəkiləcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!