FinansIqtisadiyyatTurizmTəqdimat

Mərkəzi Bank və ASA Türkiyədə beynəlxalq sığorta konqresində iştirak edib

Azərbaycan Respublikasının Mərkəzi Bankının və Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliyi Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq Sığorta Forumu və Konqresində iştirak ediblər.

ASA-dan verilən məlumata görə, ilk dəfə keçirilən bu konqres 3 gün davam edib. Konqresdə Azərbaycanla yanaşı İspaniya, Makedoniya, Qırğızıstan, Özbəkistan kimi bir çox ölkənin sığorta təmsilçiləri də iştirak ediblər. Konqres Türkiyə Sığorta Birliyinin (TSB) təşkilatçılığı ilə baş tutub.

Məlumatda qeyd olunur ki, konqresin açılış günü Türkiyə Sığorta Birliyinin sədri Atilla Benli Azərbaycanın nümayəndə heyətinin şərəfinə özəl yemək ziyafəti təşkil edib. Ziyafətdə Türkiyə Sığorta Birliyinin, Azərbaycan Mərkəzi Bankının və Azərbaycan Sığortaçılar Assosiasiyasının, eyni zamanda Qırğızıstan Sığortaçılar Assosiasiyasının rəhbərlikləri iştirak ediblər. Görüşdə türk dünyası ölkələrinin sığorta sektorunun mövcud vəziyyəti və inkişaf perspektivləri, həmçinin növbəti mərhələdə qarşılıqlı münasibətlərin formalaşdırılması istiqamətləri geniş müzakirə edilib.

Beynəlxalq Sığorta Forumu və KonqresindəAzərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev “Azərbaycan sığorta sektorunun inkişaf mərhələləri və beynəlxalq əməkdaşlıq imkanları” mövzusunda çıxış edib və bu çıxış, eyni zamanda Azərbaycan təmsilçiləri konqres iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Azərbaycanın nümayəndə heyəti konqresdə Türkiyə Sığorta Birliyinin xüsusi dəvəti ilə iştirak edib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!