Site icon Frame.az

“Məşhurlar və övladları” adlı konsert proqramı keçiriləcək

Heydər Əliyev Sarayı daha bir yeni layihə təqdim edir.

Frame.az xəbər verir ki, “Məşhurlar və övladları” adlı konsert proqramı sentyabrın 23-də baş tutacaq.

İlk dəfə keçiriləcək layihədə Respublikanın Xalq artistləri Şahnaz Haşımova – oğlu Tural Abdullayev, Gülyaz Məmmədova – oğlu Ramazan Şərifzadə, Ramiz Novruz – oğlu Cavidan Novruz, Şəfiqə Eyvazova – qızı Mehri Əsədullayeva, Əməkdar İncəsənət xadimi Aqil Məlikov – oğlu Hüseyn Məlikov, Əməkdar artistlər Nuriyyə Hüseynova – qızı Çilənay Bədəlova, Teyyub Aslanov – oğlu Nicat Aslanov, Elza Seyidcahan – oğlu Ələkbər Qasımov, Aşıq Ulduz – qızı Sədaqət Ulduz, tanınmış müğənnilər Könül Kərimova – oğlu Rəşad Məmmədov, Aşıq Zülfiyyə – oğlu Babək Quluzadə, Rüfət Axundov – oğlu Məhəmmədəli Axundov, Emil Bədəlov – qızı Səadət Bədəlova, Elxan Qaraxanoğlu – oğlu Ayxan Şirinov, Rəna Talıbova – oğlu Nicat Cəfərzadə və başqaları iştirak edəcəklər.

Layihənin xüsusi qonaqları qismində Xalq artisti Faiq Ağayev, Əməkdar artist Aybəniz Haşımova, Nadir Qafarzadə və Vüqar Əbdülov (meyxana) çıxış edəcəklər.

Saat 19:00 -da başlayacaq konsertin biletlərinin qiyməti 10-40 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30

Exit mobile version