Site icon Frame.az

Madagascar Uşaq Əyləncə Mərkəzində “Ailə Günü” təşkil edildi-foto-lar

23 aprel uşaqlar günü ilə əlaqədar valideynlər və uşaqlar arası ünsiyyət probleminə kömək olmaq məqsədilə Madagascar Uşaq Əyləncə Mərkəzində “Ailə Günü” təşkil edildi. Dəcəl Balam üzvləri üçün nəzərdə tutulmuş tam ödənişsiz layihə idi. “DəcəlBalam” MMC  daxilində yaranmış Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi valideynlər və uşaqlar, onların ünsiyyətinin təkminləşməsi, sosiallaşması, ətrafının genişlənməsi, biliklərinin paylanması və müxtəlif təklifləri dəyərləndirməyə xidmət göstərir.
Madagascar Uşaq Əyləncə Mərkəzi, Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi, VR Consulting Hüquq Şirkəti və psixoloq Vüsalə Əmiraslanova birləşərək çox maraqlı , maarifləndirici və əyləndirici bir tədbir ərsəyə gətirdilər.

Tədbir iki hissədən ibarət oldu :İlk hissədə VR Consulting Law Firm hüquqşünası Vüqar Cavadov uşaq, ailə hüquqları barədə məlumat verdi, valideynləri maraqlandıran sualları cavablandırdı.
Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin psixoloqu Vüsalə Əmiraslanova və mərkəzin rəhbəri Dilşad Musa valideyn – uşaq münasibətləri haqqında bəzi məsləhətlərini bildirdı, bütün sualları cavablandırdı.

İkinci  hissədə uşaqların sevimli personajı Spider –man onları əyləndirdi, maraqlı oyunlar keçirdi.

İstedadlı balacalarımız  Meqas Qrupu, Milana Nəbiyeva, Aysu və Esma bacıları çıxış etdi, öz gözəl nəğmələrini uşaqlara hədiyyə etdilər. Frame.az

Exit mobile version