Site icon Frame.az

“Maison Micallef” ətirlərinin sehrli aləmi

İyun ayının 15-də IDEAL Perfumery&Cosmetics mağazalar şəbəkəsi media nümayəndələri və blogerlər üçün işgüzar səhər yeməyi təşkil edib. “GazelliCafe”-də baş tutan tədbirdə “Micallef” brendi haqqında məlumat qonaqların diqqətinə çatdırılıb.

Qeyd edək ki, “Maison Micallef” – unikal məhsulların selektiv seriyasını təqdim edən məşhur parfüm brendidir. Tarixi Qrass şəhərində 1996-cı ildən start götürən brendin dünyanın 75 ölkəsində 900-dən çox satış məntəqəsi mövcuddur.
“M. Micallef” markasının fəlsəfəsinin əsasında eksklüziv parfümlərə büllurdan unikal “çərçivə” bəxş etmək durur. Martina Mikallefin tərəfindən şəxsən rəsmlərlə bəzədilmiş bu şüşələrin dizaynı “Swarovski” qaşları ilə tamamlanır. Bu brendin hər bir ətrinin özəlliyi müxtəlif çalarların ahəngi ilə əks edilir.

Qeyd edək ki, IDEAL Perfumery&Cosmetics yalnız özünü təsdiq etmiş təchizatçılarla əməkdaşlıq edir və müştərilərinə yalnız orijinal məhsulları təqdim edir. “IDEAL” mağazalar şəbəkəsi 1999-cu ildə təsis edilib. 2 ən böyük filialı “Gənclik mall” və “Nefmall”da yerləşən mağazalar şəbəkəsi Bakı, Sumqayıt və Naxçıvanda da filiallarla təmsil olunur.

Frame.az

Exit mobile version