Formula 1 komandası 2019-cu il çempionatı üçün bolidi fevralın 14-də – Müqəddəs Valentin Günündə təqdim edəcək.
Frame.az xəbər verir ki, “Maklaren” bu münasibətlə öz “Tvitter” səhifəsində ürək forması yaradan iki dəbilqə şəkli yerləşdirib.
Şəklin altında bu sözlər yazılıb: “Maşınların bəziləri qırmızı, digərləri göy rəngdədir. Müqəddəs Valentin Günündə biz öz maşınlarımızı sizə göstərəcəyik”.
Xatırladaq ki, növbəti çempionatda bu komandanın pilotları Lando Norris və Karlos Sayns olacaq.
2019-cu ildə Formula 1 yarışlarının əlamətdar tarixləri hələlik bunlardır:
12 fevral – “Reno” bolidinin təqdimatı,
13 fevral – “Fors İndia” bolidinin təqdimatı,
14 fevral – “Maklaren” bolidinin təqdimatı,
15 fevral – “Ferrari” bolidinin təqdimatı,
18-21 fevral – mövsümqabağı birinci testlər,
26 fevral – 1 mart mövsümqabağı ikinci testlər.