Maks Ferstappen Formula 1 İtaliya Qran-Prisinin qalibi olub

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen Formula 1 üzrə dünya çempionatında İtaliyada keçirilən mövsümün 16-cı yarışında qələbə qazanıb.

Sentyabrın 11-də Monza şəhəri yaxınlığında yerləşən 5,7 kilometrlik “Autodromo Nazionale Monza” trekində 53 dövrədən ibarət əsas yarışda M.Ferstappen finişə hamıdan birinci çatıb. İkinci yeri “Ferrari”nin monakolu pilotu Şarl Lekler tutub. “Mersedes” komandasının britaniyalı pilotu Corc Rassel isə yarışı üçüncü sırada başa vurub.

Bu, M.Ferstappenin cari mövsümdə 11-ci qələbəsidir. O, 335 xalla sürücülər yarışına liderlik edir. İlk beşlikdə sonrakı yerlərdə Şarl Lekler (219 xal), Serxio Peres (210 xal), Corc Rassel 203 (xal), Karlos Sayns (187 xal) qərarlaşıb.

Komandalar yarışında isə “Red Bull” 545 xalla birinci yerdədir. “Ferrari” 406 xal, “Mercedes” 371 xal, “Alpine Renault” 125 xal, “McLaren Mercedes” 107 xal toplayıb.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: