“Red Bull Racing” komandasının pilotu Maks Ferstappen ilk dəfə Formula 1 üzrə dünya çempionatının qalibi olub.
Dekabrın 12-də niderlandlı pilot “Yas Marina” avtodromunda təşkil olunan mövsümün sonuncu yarışı – Əbu-Dabi Qran-Prisinin qalibi olmaqla çempionluğunu bayram edib. Bu qələbə ilə M.Ferstappen pilotların sıralamasında birinci olub.
“Red Bull Racing” komandası 2013-cü ildən bəri ilk dəfədir titul qazanır. “Mercedes” komandası isə ardıcıl səkkizinci dəfə Konstruktorlar kubokunu qazanıb.
Qeyd edək ki, iyunun 6-da Bakı şəhər halqasında təşkil edilən Formula 1 Azərbaycan Qran-Prisində “Red Bull”un pilotu Serxio Peres qalib olmuşdu.