Baku City CircuitFormula 1Idman

Maks Ferstappen “Red Bull Racing”lə yeni müqavilə imzalayıb

Niderlandlı pilot Maks Ferstappen “Red Bull Racing” komandası ilə müqaviləsini uzadıb.

Frame.az xəbər verir ki, 22 yaşlı pilot ən azı 2023-cü ilədək komandanın heyətində mübarizə aparacaq.

M.Ferstappen Formula 1-ə 2015-ci il mövsümündə 15 yaşında gəlib. Pilot karyerasına Avstriya şirkətinin gənc komandası “Toro Rosso”da başlayıb. O, “Red Bull Racing” komandasını 2016-cı ildən təmsil edir.

“Red Bull Racing” komandasının heyətində 8 qələbə qazanan pilotun aktivində ümumilikdə 948 xal var. Niderlandlı pilotun 2020-ci il mövsümündə tərəf müqabili 2019-cu ilin ikinci yarısında olduğu kimi, tailandlı Aleksandr Albon olacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!