Marcom şirkəti 2023-cü il üçün planlarını açıqladı

Yerli bazar iştirakçıları üçün hər il yeni xidmətlər generasiya edən Marcom Marketinq və Kommunikasiyalar şirkəti 2023-cü il üçün planlarını açıqladı.

İcraçı direktor Ceyhun Fərzəliyev əvvəlcədən hazırlanmış krizis kommunikasiya planı sayəsində şirkətin 2022-ci ili uğurla başa vurduğunu açıqladı.

“Biz hər il B planı haqqında düşünürük. Növbəti addımlarımızı müəyyən etmək üçün davamlı olaraq maliyyə və qiymətli kağızlar bazarında olan tərəfdaş şirkət, eləcə də bu sahə üzrə ixtisaslaşmış dostlarımızdan bazarla bağlı məsləhətlər alırıq. Əldə etdiyimiz məlumatlar bizə yerli bazarda hansı xidmətlər və şirkətlər üzrə bazar payımızı artırmalı olduğumuzu, o cümlədən yerli bazarın ehtiyaclarına uyğun xidmətlər formalaşdırmağımıza dəstək olur. Bu strateji gedişlər şirkət olaraq bizə həm portfolioda yerləşdirdiyimiz hər kəsə açıq layihələri, həm də məxfilik müqaviləsi əsasında icra etdiyimiz layihələri qazandırır.”

Şirkət bu il həmçinin yenilənmiş və daha geniş saytını istifadəyə verəcək.

“Pandemiya ərzində və pandemiyadan sonra bazarın tələbləri ciddi formada dəyişdi. Yeni vərdişlər və yanaşmalar formalaşdı. Biz də bunları analiz edərək saytımızda olan kontenti, vizual təqdimatları və arxasında duran texnologiyanı yenilədik. Hal-hazırda sayt doldurulma mərhələsindədir. Bir çox bölmələri və yenilənmiş portfolionu yanvar-fevral aylarında istifadəçilərin ixtiyarına verməyi planlaşdırırıq.”

Rusiya və Ukrayna arasındakı hərbi vəziyyət Orta Asiya bazarı üzrə müştərilərimizi artırıb. 

“Bu il ərzində də həmin ölkələr üzrə icra etdiyimiz layihələrin sayında artım müşahidə olunarsa, çox böyük ehtimal ilə həmin ölkələrin birində Marcom şirkətinin nümayəndəliyini açmaq haqqında düşünəcəyik.”

Yerli sahibkarların əziyyət çəkdikləri nöqtələri analiz etmişik və ona uyğun xidmətlər təklif edəcəyik.

“Biz bu ildə ənənəmizə sadiq qalaraq bazara yeni xidmətlər təqdim etmək üzərində çalışmağa davam edəcəyik. CRM platformamızdakı qeydləri analiz etmək bizə yerli sahibkarların üzləşdiyi çətinlikləri görməyə imkan verir. Bu çətinliklər əslində bizim üçün yeni xidmətlərin əmələ gəlməsi, cari xidmətlərin təkmilləşdirilməsi deməkdir. Bu il yerli bazar iştirakçılarına 3 xidmət növü təklif etməyi planlaşdırırıq. Hal-hazırda həmin xidmətlərin işləmə prinsipləri və ölçmə mexanizmi üzərində çalışırıq.”

Bir çox müştərilərimizlə xidməti müqaviləni dayandırmağı qərara almışıq.

“Bu il Marcom şirkəti olaraq öz daxili strukturunda boşluq olan, işlərin operativ görülməsi üçün insan resursu ayırmaqda çətinlik çəkən, o cümlədən göndərilən sorğulara gec geri dönüş edən müştərilərə xidmət göstərməyi dayandırmağı qərara almışıq. Biz CRM platformamızda əvvəl işlədiyimiz şirkətlərin cari vəziyyətinə baxanda həmin şirkətlərin yetərincə inkişaf etmədiyinin dəfələrlə şahidi olmuşuq. Marcom şirkəti olaraq transfer etdiyimiz və yetişdirdiyimiz kadrları daha gəlirli və inkişafa olan markaların işlərinə cəlb etməliyik.”

Rəqəmsal alətlərin alışına sərf etdiyimiz büdcəni bu il daha da artırmağı planlaşdırırıq.

“Rəqəmsal alətlərin alışı üçün ayırdığımız büdcəni artırmaqla müştərilərə daha yaxşı nəticə vermək imkanımızı artırmış oluruq. Google SEO Optimizasiya, sosial media və google üzrə digər alətlər keyfiyyətli xidmətə aparan əsas açar nöqtələrdən biridir. Hal-hazırda müştərilərimizin büdcələrini effektiv idarə etdiyimiz üçün xarici platformalar üzrə reytinqimiz yüksəkdir. Bu da bizə yarana biləcək hər hansı bir texniki xətanı bizə ayrılmış fərdi köməkçilər vasitəsilə daha sürətlə həll etməyə imkan verir.”

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: