Site icon Frame.az

“Mastercard” Azərbaycan banklarını mükafatlandırıb

Bakıda “Mastercard” beynəlxalq ödəniş texnolgiyaları şirkətinin regional ofisinin nümayəndələrinin Azərbaycandakı tərəfdaşları ilə görüşü keçirilib. Artıq ikinci ildir ki, keçirilən tədbir zamanı  innovasiyalar və rəqəmsal texnologiyaların inkişafı mövzuları müzakirə edilmiş və Azərbaycandaki tərəfdaşlar üçün mükafatlandırma mərasimi təşkil edilmişdir.

Tədbirdə açılış nitqi ilə çıxış edən “Mastercard”ın Azərbaycan üzrə meneceri Alper Meriç sürətlə inkişaf edən Azərbaycan bazarının şirkət üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb və “Mastercard”ın bu bazarda uzunmüddətli öhdəliyinə sadiq qalacağını qeyd edib.

Daha sonra “Mastercard”ın HGEM-də (“High Growth Emerging Markets”) biznesin inkişafı və məhsulların satışı üzrə baş vitse-prezidenti Onur Kurşun “2017-ci ildə bankçılıq və ödəniş trendləri” mövzusunda təqdimatla çıxış edərək dünyada müxtəlif startapların təqdim etdikləri innovativ ödəniş xidmətləri haqqında məlumat verib və bankları istehlakçılar üçün daha rahat və yenilikçi rəqəmsal həllər təklif etməyə çağırıb.

Elm və texnologiyalar üzrə araşdırmalarına görə Türkiyənin tanınmış jurnalisti və yazıçısı Serdar Kuzuloğlu isə müasir texnoloji yeniliklərin həyatımıza təsiri və bankların rəqəmsal innovasiyalar sahəsindəki cərəyanlara proaktiv yanaşmasının əhəmiyyətini vurğulayıb.

Tədbir çərçivəsində “Samsung” şirkəti tərəfindən təqdim olunan innovativ məhsul olan “Samsung Gear VR” virtual reallıq eynəklərini də təcrübədən keçirmək imkanı yaradılıb ki, bu da iştirakçılar tərəfində xüsusi maraqla qarşılanıb.

Görüş bankların müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi ilə davam edib. Belə ki, “Platinum”, “Black Edition” və “World Elite” kartlarının sayını ən çox artıran bank – “Expressbank”, “Gold” və “Standard” kartlarının sayını ən çox artıran bank – “Unibank, “Debit Mastercard” kartlarının sayını ən çox artıran bank – “Yapı Kredi Bank”, “Debit Mastercard” kartlarının sayını nisbət olaraq ən çox artıran bank –“Rabitəbank”, ən kreativ və innovativ “Mastercard” məhsulunu və ya xidmətini təklif edən bank isə – “Unibank” olub. Digər banklar da müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb. Frame.az

Exit mobile version